Kaptan Andreevo Gömrüyünü ziyarət edən Avropa Birliyinə üzv 20 ölkənin gömrük işçiləri ilə mətbuat konfransı keçirilib və sərhəd qapısının Avropanın ən işlək quru gömrüyü olduğu vurğulanıb. Açıqlamaya görə, təkcə 2024-cü ildə bu qapıdan keçən yük avtomobillərinin sayının 1 milyonu keçdiyi qeyd edilib.
Açıqlanan məlumatlara görə, ötən il ərzində aparılan yoxlamalar zamanı təxminən 24 milyon qaçaq siqaret, 67 müxtəlif halda ümumilikdə 5 milyon avro bəyan edilməmiş nağd pul, 220 kiloqram qızıl və gümüş zinət əşyaları ələ keçirilib.
Bolqarıstan rəsmiləri sərhəd qapılarında aparılan ciddi yoxlamaların regional təhlükəsizlik üçün kritik əhəmiyyət daşıdığını bildirib.