Tramp, “Ukraynanın Rusiya təyyarələrinə hücumu və hər iki tərəfin digər hücumlarından danışdıq. Prezident Putin hava limanlarına edilən son hücuma cavab verməli olacağını açıq şəkildə bildirdi”.
Putinlə görüşünü “yaxşı görüş” kimi xarakterizə edən Tramp görüşün “dərhal sülhə gətirib çıxaracaq bir görüş olmadığını” da vurğulayıb.
Tramp, həmçinin Putinlə İran məsələsini müzakirə etdiklərini qeyd edərək, “İranın nüvə silahı ilə bağlı qərar vermə vaxtı və bu qərarın ən qısa zamanda verilməsi barədə də danışdıq. Mən prezident Putinə İranın nüvə silahına sahib ola bilməyəcəyini söylədim. Düşünürəm ki, bu barədə eyni fikirdəyik”.
Putinin İranla nüvə müzakirələrində iştirak edə biləcəyini və bu prosesi tez bir zamanda yekunlaşdıra biləcəyini dediyini bildirən Tramp, “Mənim fikrimcə, İran bu mühüm məsələ ilə bağlı qərarını ləngidir və çox tezliklə qəti cavab almalıyıq”, – deyib.