ABŞ ilə münasibətlərin normallaşması üçün lazımi addımları atdıqlarını ifadə edən Ryabkov, “Düşünürəm ki, ABŞ prezidenti Donald Tramp administrasiyası üzərində işlədiyimiz arqumentləri və yanaşmamızı dinləməyə sələflərindən daha çox meyllidir. Hər halda dialoq qurulub, müxtəlif səviyyələrdə irəliləyir və davam edəcək”.
Ukraynanın Rusiyadakı hərbi hava bazalarına təşkil etdiyi hücumları dəyərləndirən Ryabkov, söz mövzusu hücumların Kiyevdə olmayan coğrafi məlumatlarla həyata keçirildiyinə dair mühüm iddiaların olduğunu bildirib.
Proseslə bağlı Qərbdə sağlam düşüncənin üstünlük təşkil etməsi lazım olduğunu qeyd edən Ryabkov, “Həm Londondan, həm də Vaşinqtondan bu gərginləşmə dövrünü dayandıracaq və prosesi sağlam düşüncəyə yaxınlaşdıracaq şəkildə reaksiya vermələrini tələb edirik”, – deyib. Ukrayna və bəzi ölkələrin, xüsusilə də Böyük Britaniyanın prosesə mülayim yanaşmadığını müdafiə edən Ryabkov, “Kiyev rejiminin bu çirkin cinayətkar hərəkətləri gərginliyin artdığını açıq şəkildə göstərir. Bu hərəkətlərin terror xarakteri hər kəsə aydındır”, – deyib.