Finlandiyanın Aalto Universitetində doktorluqdan sonrakı tədqiqatçı Yosias Lang-Ritter və onun həmkarları deyirlər ki, kənd yerləri üçün məlumat dəstləri çox vaxt natamam olduğundan dünya əhalisinin sayı lazımi səviyyədə hesablanmayıb.
Tədqiqatçılar “tədqiq olunan məlumat dəstləri arasında böyük uyğunsuzluqlar” tapıblar, yəni “ən dəqiq məlumat dəstində belə kənd əhalisi, bildirilən rəqəmlərlə müqayisədə yarıdan çox azaldılır”.
***
Nüfuzlu “Nature” elmi jurnalında dərc olunan tədqiqat məqaləsi, BMT-nin kənd yerlərində yaşayan insanların sayını ən azı 50 faiz az hesablandığını müəyyən edib.
Bu o deməkdir ki, Yer kürəsində əvvəllər düşünüldüyündən “yüz milyonlarla” və ya “bir neçə milyard” daha çox insan yaşayır.
***
Londondakı Kraliça Meri Universitetinin professoru Conatan Kennedi “The Guardian”da yazdığı məqalədə tapıntıları şərh edib. Kennedinin fikrincə, planetin məhdud resurslarını nəzərə alsaq, Yer kürəsində əvvəllər düşünüldüyündən daha çox insanın yaşaması qorxulu görünə bilər. Ancaq bu, yaxşı bir şey də ola bilər.
Kennedi iddia edirdi ki, “həddən artıq əhali” ilə bağlı narahatlıqlar qeyri-mütənasib şəkildə şişirdilib. BMT-nin məlumatına görə, dünya əhalisinin 2080-ci illərin ortalarında sabitləşməsi və pik həddə çatması və bu zaman azalmağa başlayacağı gözlənilir. Bu, bir çox ekspertləri əhalinin azalmasının təhlükələri barədə düşünməyə vadar edib.
“Bu qədər insan Yer kürəsinin resurslarını əhəmiyyətli dərəcədə gərginləşdirir, lakin istehlak məsuliyyətlə idarə olunarsa və davamlı texnologiyalar inkişaf etdirilərsə, dünya apokaliptik fəlakətdən qaça bilər”.