Müraciət edənlərin iki mərhələli seçim müsabiqələri- onlayn imtahanlar keçirilir.
Artıq ilkin seçim imtahanları keçirilib, bununla bağlı dərc olunan elanlardan sonra 2500 nəfər süni intellekt mühəndisliyini öyrənmək üçün müraciət etdiyi bildirilir.
İlk dəfə fəaliyyətə başlayan quruma süni intellekt mühəndisliyi üçüm bu qədər müraciətin olması diqqət cəlb edəndir.
Riyaziyyat üzrə keçirilən ilkin müsabiqənin nəticələrinin təhlilindən sonra ikinci seçim imtahanı təşkil olunacaq.
Bu mərhələdə imtahan süni intellekt sahəsi üzrə təməl suallardan əsasında hazırlanacaq.
Dərslərin hibrid formada keçiriləcəyi, müəllimlərin isə yerli və xarici kadrlar olacağı bildirilib.
Akademiyada təhsil tam təqaüdlüdür.
Xatırladıram ki , Süni İntellekt Strategiyasında bu işin icrası üçün əsas məsul qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) göstərilib. Akademiyanın yaradılması da məhz RİNN-in nəzdindəki Azərbaycan Süni İntellekt Laboratoriyasının (“AI Lab”) təşəbbüsü ilə həyata keçirilib.
“AI Academy” – də nələr öyrədiləcək?
• Süni intellekt üçün riyaziyyat
• Süni intellekt mühəndisliyi
• Menecerlər üçün süni intellekt
Xatırladıram ki, “AI Lab” təkcə Akademiyanı deyil, ölkədə süni intellekt infrastrukturu üçün “AzİnTelekom” tərəfindən yaradılan, ölkədə ikinci Superkompüter Mərkəzinin qurulmasını da təşviq edir. Qurumun bir çox süni intellekt layihələri də bu mərkəzdə yerləşdiriləcək.
Düşünürəm ki, belə bir akademiyanın yaradılması ölkənin dövlət sektoru, biznes və startap ekosistemi üçün süni intellekt sahəsində dayanıqlı kadr bazasının formalaşması sahəsində əhəmiyyətli bir addımdır.
Ümid edirəm “AI Academy”, süni intellekt sahəsində Azərbaycanın ehtiyac duyduğu yerli mütəxəssislərin yetişdirilməsinə ciddi töhfələr verəcək.