“Fəxri konsulluq” sözündəndə göründüyü kimi bu konsulluq sadəcə rəmzi xarakter daşıyır və baş konsulluqlardan fərqli olaraq heç kimə heç bir diplomatik xidmət göstərmir.
İrandan sonra Rusiyanın da Zəngəzurda baş konsulluq açmağa hazırlaşdığı bir zamanda Fransanın daha tez hərəkətə keçərək, orada fəxri konsulluq açması ortada böyük geosiyasi rəqabətin mövcudluğundan xəbər verir. Necə deyərlər, bu saat Zəngəzur bölgəsinə və gələcək Zəngəzur dəhlizinə nəzarət uğrunda sözün əsl mənasında ölüm-dirim savaşı gedir.
Zəngəzurda fransızların, farsların və rusların yaşamadıqları halda, bu üç toksik və məkrli ölkənin orada konsulluq açmaq iştahaları Zəngəzur dəhlizinin necə böyük strateji bir məsələ olduğunu bir daha gözlər önünə sərir.
P.S. Fransanın Gorusdakı fəxri konsulluğu isə hələlik yerli ictimaiyyətlə əlaqələr qurmaq, cürbəcür mədəni-kütləvi layihələr vasitəsilə Fransanın bölgədə təsir imkanlarını artırmaq və ən əsası isə, informasiya toplamaqla məşğul olacaq. Başqa sözlə desək, konsulluq diplomatik xidmətlə deyil, casusluqla məşğul olacaq.
P.P.S. Fransanın “ev”ini axırda elə bu casusluq fəaliyyətləri yıxacaq. İndiyə qədər dünyanın bir sıra ölkələrində fransız casusları rüsvayçı şəkildə ifşa olunublar. Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın xüsusi xidmət orqanları da Fransanın geniş casus şəbəkəsini ifşa edib.