Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?
Lorka öküz döyüşündə yaralanıb ölən dostu İqnasio Sançez Mexio üçün yazdığı unudulmaz elegiyada öz aqibətini də qabaqcadan görürdü:
Ölüm yumurtasını qoydu yaraya...
Vaqif Səmədoğlu nədən yazır-yazsın böyük bir tənhalıqdan bəhs edirdi:
Dünən yığışıb getsən də,
Qaya rəsimləri tək,
Köhnə gəldi mənə
Dirsəklərinin
masanın tozunda qalmış yeri.
İki ağ ləkə,
iki yumru.
Sənsizliyimin
bərəlmiş gözləri.
Ruhları şad olsun!