Bildirilir ki, qoruyucuların Yaxın Şərqdəki Amerika qoşunlarına göndərilməsi əmrini ötən ay müdafiə naziri Pit Heqset verib. Həmçinin bildirilir ki, Pentaqonun qərarı ilə bağlı ötən həftə Senatın Silahlı Qüvvələr Komitəsinə məlumat verilib.
“WSJ”nin təhlili yazır ki, bu addım Donald Tramp administrasiyasının Ukraynanın müdafiəsinə dəstəyini azaltmasının göstəricisidir. Həmçinin şərh edilir ki, qoruyucuların Yaxın Şərqdəki Amerika qoşunlarına ötürülməsi ABŞ-ın Yəməndə İran və Husi yaraqlıları ilə mümkün münaqişələrə hazırlaşdığına işarə ola bilər.
Hesabatda həmçinin xatırladılır ki, Heqset dünən NATO-nun mənzil-qərargahında Avropa müdafiə nazirləri ilə keçirilən görüşdə iştirak etməyib.
Trampın müdafiə naziri Avropalı müttəfiqlərindən Kiyevə hərbi yardımı artırmağı xahiş edərək, Vaşinqtonun prioritetinin Qərbi Sakit Okean olduğunu demişdi.
AntiDron qoruyucuları Kiyev administrasiyasına Trampın sələfi Co Bayden göndərib. Qoruyucular “Advanced Precision Kill Weapon System” (APKWS) adlı texnologiya ilə işləyir. APKWS idarə olunmayan raketləri lazerlə idarə olunan döyüş sursatlarına çevirir. Bu sistem sayəsində raketlər pilotsuz təyyarələrə yaxınlaşarkən müxtəlif partlayıcıları işə salır.
ABŞ Hərbi Hava Qüvvələri də bu qoruyuculardan “F-16” və “F-15E” döyüş təyyarələrinə quraşdırılmış raketlərdə istifadə edir.
Tramp administrasiyasının bu addımı Rusiya-Ukrayna xəttində münaqişələrin yenidən alovlandığı dövrə təsadüf edir. Ukrayna ordusu həftəsonu Rusiyaya qarşı hərtərəfli pilotsuz təyyarə hücumu zamanı beş şəhərdəki hərbi bazaları hədəfə alıb.
Kiyev administrasiyası “Hörümçək toru” adlı əməliyyatda Rusiya 41 təyyarədən ibarət donanmasının təxminən yarısının məhv edildiyini, qalanlarının isə ciddi şəkildə zədələndiyini iddia edib. ABŞ rəsmiləri əməliyyatda 10-a yaxın döyüş təyyarəsinin məhv edildiyini iddia edib. Rusiya lideri Vladimir Putin Ukraynanın əməliyyatına “ciddi cavab” veriləcəyini deyib.