Brent fyuçersləri 0,3 faiz ucuzlaşaraq barreli 64,65 dollar olub. ABŞ xam nefti 0,5 faiz ucuzlaşaraq 62,58 dollar olub.
Dünən neft qiymətləri təxminən 1 faiz itkiylə bağlandı. Azalma ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) rəsmi məlumatlarının benzin və distillə ehtiyatlarının gözlənildiyindən daha çox artdığını göstərməsindən sonra baş verib ki, bu da dünyanın ən böyük iqtisadiyyatında zəif tələbi əks etdirir.
Neft qiymətlərinin zəifləməsinə səbəb olan digər amil isə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının iyul ayı xam neft qiymətlərini Asiya alıcıları üçün təxminən dörd ilin minimumuna endirməsi olub.
Səudiyyə Ərəbistanının qiymət endirimi Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun Rusiya kimi müttəfiqlərindən ibarət OPEC+ qrupunun həftə sonu iyul ayı üçün hasilatı gündəlik 411 min barel artırmaq qərarına gəlməsindən sonra baş verib.