Vaxt.Az

Məşhur şirkətdə böyük ixtisar


 

“Procter & Gamble” işçi qüvvəsinin 15 faiz azaldacaq

Məşhur şirkətdə böyük ixtisar ABŞ-ın istehlak malları şirkəti “Procter & Gamble” (P&G) restrukturizasiyası çərçivəsində növbəti iki il ərzində böyük ixtisara gedəcək.

“P&G” rəhbərləri Parisdə “Deutsche Bank” İstehlakçı Konfransındakı təqdimatda və ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdimatında şirkətin iki illik restrukturizasiya proqramına başladığını elan etdilər.

Bəyanatda deyilir ki, yenidən strukturlaşma çərçivəsində şirkətin hazırkı qeyri-istehsal işçi qüvvəsinin təxminən 15 faizinə bərabər olan təxminən 7,000 vəzifəni ixtisar edəcəyi gözlənilir.

ABŞ şirkəti restrukturizasiyanın 2 il ərzində təxminən 1,6 milyard dollara başa gələcəyini gözləyir.

2024-cü ilin iyun ayına olan məlumata görə, “Procter & Gamble” bütün dünyada 108 000 işçini işlədir.

 





05.06.2025    çap et  çap et