Ağ Evdəki postunu tərk edən amerikalı iş adamı İlon Mask qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqla mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Cefri Epşteynin işi ilə bağlı dosyelərdə ABŞ prezidenti Donald Trampın da yer aldığını və sənədlərin ictimaiyyətə açıqlanmamasının səbəbinin də bu olduğunu iddia edib.
Mask, “X” hesabında paylaşdığı bir yazıda onu sərt tənqid edən Trampın Epstein işi ilə bağlı sənədlərdə yer aldığını iddia edib.
“Böyük bomba”nı atmağın vaxtının gəldiyini ifadə edən Mask, “Epştein fayllarında Trampın da adı var. Onların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi budur”, – deyib.
Mask həqiqətin tezliklə üzə çıxacağını qeyd edib.