Vaxt.Az

Trampla gərginlik Maskı vurdu


 

“Tesla” səhmləri ucuzlaşdı

Trampla gərginlik Maskı vurdu Bu yaxınlarda Trampın müşaviri vəzifəsindən ayrılan Maskın Konqresin gündəmində yer alan vergilərin azaldılması qanun layihəsini sərt şəkildə tənqid etməsi iki ad arasında gərginliyi artırıb.

Bu gedişdən elektrikli avtomobil istehsalçısı İlon Maskın şirkətinin səhmləri mənfi təsirlənib. “Tesla” səhmləri 10 faizdən çox ucuzlaşaraq 300 dollardan aşağı düşüb.

Mask Trampın vergi endirimi qanun layihəsini “iyrənc biabırçılıq” adlandırmışdı.

İlon Mask bir gün əvvəl “X” sosial media hesabında etdiyi paylaşımda Trampın “Böyük gözəl qanun layihəsi” adlandırdığı vergi endirimi qanun layihəsini sərt şəkildə tənqid etmişdi.

“Üzr istəyirəm, amma daha buna dözə bilmirəm”, – deyən Mask, Trampın vergi endirimi qanun layihəsini “iyrənc biabırçılıq” kimi qiymətləndirmişdi.

 





05.06.2025    çap et  çap et