Vaxt.Az

Rəsmilərin bayram təbrikləri


 

“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”

Rəsmilərin bayram təbrikləri Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib.

“Hörmətli həmvətənlər!

Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm”.

Prezidentin təbriki rəsmi sosial şəbəkə (“X”, “Facebook” və “İnstagram”) hesablarında paylaşılıb.

Qeyd edək ki, ölkə başçısının bayram münasibətilə xalqımıza ünvanlanan ayrıca təbrik mətni də yayılıb.

***

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin. Qurban bayramınız mübarək”.

Mehriban Əliyevanın təbriki rəsmi sosial şəbəkə (“X”, “Facebook” və “İnstagram”) hesablarında paylaşılıb.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qurban bayramı ilə bağlı paylaşım edib.

Leyla Əliyeva “İnstagram” səhifəsində, “Qurban bayramınız mübarək!” başlığı ilə XVII əsrə aid Ordubadın Cümə məscidinin təmirdən sonrakı ziyarət videosunu paylaşıb.

***

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki rəsmi hesabında Qurban bayramı təbriki kimi Prezident İlham Əliyevin paylaşımını “retweet” edib.

***

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qurban bayramı münasibətilə paylaşım edib.

“Qurban bayramı münasibətilə təbriklərimizi çatdırır, hər evə firavanlıq, xoş ovqat və ruzi-bərəkət arzu edirik. Saf niyyətlərin və xeyirxah əməllərin qəbul edilməsini diləyirik.

Bayramınız mübarək!”

Mikayıl Cabbarovun təbriki “X” və “Facebook”, İqtisadiyyat Nazirliyinin “İnstagram” sosial şəbəkə hesablarında paylaşılıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov Qurban bayramı münasibətilə paylaşım edib.

“Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlman dünyasını səmimi qəlbdən təbrik edirəm.

Xalqımızın, dövlətimizin və İslam aləminin əmin-amanlığı və rifahı naminə edilən duaların, kəsilən qurbanların qəbul olunması arzusu ilə hər kəsə sevinc dolu bayramlar arzulayıram.

Qurban bayramınız mübarək olsun!”

Nazirin təbriki “X” və “Facebook” sosial şəbəkə hesablarında paylaşılıb.

***

Təhsil naziri Emin Əmrullayev Qurban bayramı ilə bağlı paylaşım edib.

“Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq.

Bayramınız mübarək olsun!”

Nazirin təbriki “X” və “Facebook” sosial şəbəkə hesablarında paylaşılıb.

 





06.06.2025    çap et  çap et