Qətərin prezident Donald Trampın “rəsmi təyyarəsi” (“Air Force One”) kimi istifadə edilməsi üçün ABŞ Müdafiə Nazirliyinə hədiyyə etdiyi “Boeing 747” tipli təyyarənin yüz milyonlarla dollara başa gələcəyi məlum olub.
ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meink denən (iyunun 5-də) bildirib ki, Trampın Körfəz turu zamanı böyük müzakirələrə və fərziyyələrə səbəb olan təyyarənin “Air Force One” kimi istifadəyə uyğunlaşdırılması milyonlarla dollara başa gələcək.
***
Dəbdəbəli interyerə malik olan 13 yaşlı təyyarənin təhlükəsizliklə bağlı əhəmiyyətli yenilikləri, casusların qulaq asmasının qarşısını almaq üçün kommunikasiyaların təkmilləşdirilməsi və təyyarənin potensial raket hücumlarının qarşısını almaq qabiliyyətinə malik olması lazımdır.
Meink Konqres üzvlərinə bir dinləmədə bildirib ki, təyyarənin “Air Force One” kimi istifadə edilməsi prosesi “ehtimal ki, 400 milyon dollardan az başa gələcək”. Demokrat millət vəkilləri isə təyyarənin uyğunlaşdırılmasının 1 milyard dollardan çox başa gələcəyini iddia etdilər.
***
Meink, Hərbi Hava Qüvvələrinin “onsuz da qarşılaşacağımız hər cür xərclə üzləşəcəyini” söyləyib: “Məncə, ortaya 1 milyard dollarlıq bir rəqəm atıldı, lakin bununla bağlı xərclərin çoxu hər halda qarşılaşacağımız xərclər olacaq”.
Digər tərəfdən, hüquq ekspertləri korrupsiyanın və qeyri-düzgün təsirin qarşısını almaq məqsədi daşıyan xarici hökumətlərdən alınan hədiyyələrlə bağlı qanunların əhatə dairəsini şübhə altına almaqda davam edirlər. Demokratlar təyyarənin ABŞ-a çatdırılmasının qarşısını almağa çalışarkən, ABŞ prezidenti Tramp təyyarəni almamağın “axmaqlıq” olacağını söyləmişdi.
“Air Force One” proqramı da son 10 ildə ciddi ləngimələr yaşayır. İki yeni “Boeing 747-8” təyyarəsinin çatdırılma tarixi bu yaxınlarda planlaşdırılandan 3 il sonraya, 2027-ci ilə təxirə salındı.
Tramp fevral ayında Florida ştatındakı hava limanında Qətərin “Boeing” təyyarəsinə baxış keçirib.