Blatterin yerinə əsas namizəd kimi isə
UEFA prezidenti Mişel Platini göstərilir. Publika.az xəbər verir ki, FİFA
prezidenti RTS telekanalına verdiyi müsahibədə bu məsələyə münasibət bildirib.
Blatter fransızın onun yerinə göz dikdiyinə inanmadığnı bildirib:
«Bizim karyeramız bir-birinə bağlıdı. Mişel futbol funksioneri kimi mənim yetirməmdi. O, bu postu tutmaqda mənə yardımçı olub. Mişelin özündən soruşun, görün, o, mənim yerimi tutmaq istəyir? İnanmıram ki, o, öz atasını öldürmək istəsin. Düşünmürəm ki, Platini mənim əleyhimə çıxacaq».