Vaxt.Az

Gəmi daşıdığı minlərlə avtomobillə kül oldu


 

Dəhşətin səbəbi elektrikli nəqliyyat vasitələri

Gəmi daşıdığı minlərlə avtomobillə kül oldu Sakit okeanın ortasında üzərkən yanmağa başlayan “Morning Midas” yük gəmisi göyərtəsində 3 min avtomobillə tərk edilib. Bu nəqliyyat vasitələrinin 800-ü elektriklə işləyən avtomobillər olub.

Gəminin hüquqlarına sahib olan “Zodiac Maritime” şirkəti yanğının Alyaska sahillərində baş verdiyini və 22 nəfərlik ekipajın yanğını söndürə bilmədikdən sonra gəmini tərk etdiyini açıqlayıb.

Yanğının elektriklə işləyən maşınların yükləndiyi göyərtədə başladığı təxmin edilir. Avtomobillərin markaları hələ açıqlanmayıb. Ancaq bu 800 elektrikli avtomobilin yanğını başlatdığı düşünülür.

Gəmidəki bütün heyət təhlükəsiz şəkildə təxliyə edilib. Gəmidə qalan milyonlarla dollar dəyərində olan avtomobillər yararsız hala düşüb.

***

Mayın 26-da “Morning Midas” Çinin Yantai limanından Meksikanın Lazaro Kardenas limanına doğru gedirdi.

“Bloomberg” məlumatlarına görə, 46 800 tonluq “RoRo” tipli gəmi 2006-cı ildə Çinin Xiamen gəmiqayırma zavodunda inşa edilib. Gəmi Liberiya bayrağı altında üzürdü.

“Allianz” sığorta şirkətinin son hesabatına görə, litium-ion batareyalarının daşınması dəniz nəqliyyatı üçün yeni risklər yaradır.

Elektrikli avtomobillərdən çıxan yanğınlara nəzarət etmək daha çətindir. Litium-ion batareyaları soyutmaq üçün 30.000 litrə qədər su tələb edə bilər.

Çinin elektrik avtomobil sənayesi böyüdükcə, bəzi istehsalçılar öz logistik gəmi parklarını yaradırlar. “SAIC Motor”, “Anji Logistics” donanması ilə hazırda Çin avtomobil istehsalçıları arasında ən böyük daşıyıcı donanmaya malikdir.

 





05.06.2025    çap et  çap et