Vaxt.Az

Qvatemalada Fueqo vulkanı püskürüb


 

Yüzlərlə insan təxliyə edilib

Qvatemalada Fueqo vulkanı püskürüb Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan Fueqo vulkanı dünən (5 iyun) yenidən püskürdü. Püskürmədən sonra bölgədəki yüzlərlə insan təhlükəsizlik məqsədilə təxliyə edilib.

İyunun 5-i axşam saatlarında başlayan vulkanik fəaliyyətlə Fueqo vulkanı səmaya sıx kül və isti qazlar səpdi. Kül buludları dəniz səviyyəsindən təxminən 5000 metr yüksəkliyə çatdı. Lava axınları Las-Laxas, Ceniza və Seka vadilərinə doğru 7 kilometrə qədər uzanıb.

Qvatemalanın Çimaltenanqo, Eskuintla və Sakatepekes bölgələrində yaşayan ən azı 594 nəfər təcili sığınacaqlara təxliyə edilib. Mümkün risklərə görə magistral yol nəqliyyat üçün bağlanıb və 39 məktəbdə təhsil dayandırılıb.

***

Qvatemala şəhərindən təxminən 35 kilometr cənub-qərbdə yerləşən Fueqo vulkanı Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri kimi tanınır.

Kiçik miqyaslı püskürmələrlə tez-tez qəzet manşetlərinə çıxan dağ 2018-ci ilin iyun ayında ən dağıdıcı püskürmə baş verib. Təbii fəlakət zamanı 194 nəfər həlak olmuş, 234 nəfər isə itkin düşmüşdü.

 





06.06.2025    çap et  çap et