Bunu niyə yazıram? Rəqəmlərə baxanda görünür ki, 1 milyardı olan insanla 700 milyardı olan insanın yaşamı arasında ciddi fərq yoxdur. Psixologiyada 1 milyarddan yuxarı sərvət toplamaq psixi pozuntu kimi dəyərləndirilir. Bu hal “Greed Addiction”, yəni pul və gücə qarşı psixoloji asılılıq adlanır.
İlon Mask Trampla mübahisəsindən sonra 34 milyard itirib. Amma yenə də 335 milyard dollarla dünyanın ən zəngin insanı olaraq qalmaqdadır. Bu da Azərbaycan, Gürcüstan və Ermənistanın ümumi ÜDM-lərinin cəmindən çoxdur. İlon Mask da psixi xəstədir, amma puldan asılı deyil, “Status Anxiety” adlanan psixi pozğunluq yaşayır, yəni ən yuxarı statusa çatmaq üçün daimi narahatlıq və ehtirasdan əziyyət çəkir. Yeganə arzusu Marsı fəth etmək, orda həyat qurmaqdır. Bütün işi, gücü, həyatı, karyerasını bunun üzərində qurub.
Hazırda ekonom rejimdə işləyən xəsis Tramp da sözünün üstündə durmayıb onun arzusunun qarşısını kəsməyə çalışır. Bir dolları qalsa belə Mask savaşmağa davam edəcək.
Qıraqdan hamı baxır gülür amma münaqişə bazarda ciddi təsirlərə səbəb olub və qalmaqal davam etsə dünya maliyyə böhranına səbəb ola bilər.