Vaxt.Az

Cəhənnəmin kandarı


 

Bundan sonra nə olacaq?

Cəhənnəmin kandarı Kreml bir ildir “İşlər necə gedir?” sualına “Hər şey plana uyğun gedir” deyir.

Bu gün istər-istəməz başqa bir sual doğur: “Dağılma prosesi necə, o da plana uyğun davam edir?” Sualı qəribçiləyə salmayın, Rusiya göz görə-görə dağılır – ölsə də qalsa dağılacaq, ya da ən yaxşı halda bölünəcək…

Təsəvvür et ki, 1916-cı ildəsən. Bir rusa sual edirsən ki, beş ildən sonra Rusiyada nə olacaq? Onun suala düzgün cavab vermə ehtimalı nə qədərdir?

Və ya 1987-dəsən – Sovet İttifaqı Oktyabr inqilabının (oxu: çevrilişinin) 70 illiyini qeyd edir. İnkişaf etmiş sosializm heç vaxt olmadığı qədər inkişaf etməkdədir, bütün ehtişamı ortadadır. Və birdən biri soruşur ki, bundan sonra nə olacaq?

1916-cı ildə də, 1987-də də “Bundan sonra nə olacaq?” sualının doğru cavabını tapmaq çox çətin idi. İndi, bu sualı kimə versən doğru cavab verəcək – ÖLKƏ ƏLDƏN GEDİR.

Xaosun ayaq səsləri, artan qeyri-müəyyənlik, maliyyə böhranının qoxusu, boşalmış silah-sursat anbarları, görülməmiş fərarilik, rus zabitlərinin xəyanəti və… Və ən təhlükəlisi, insanların necə bir girdaba düşdüklərini anlayıb səslərini yüksəltməməsi…

Putinin ən qorxulu kabusu xalqın hadisələri doğru qiymətləndirməyə başlamasıdır. Çünki rus insanı səsini qaldırıb bağırsa, deməli, xalq küçələrə çıxacaq. Bu isə artıq o deməkdir ki, cəhənnəmin kandarındadırlar…

 





06.06.2025    çap et  çap et