Vaxt.Az

“Bizim üçün ölüm-dirim məsələsidir...”


 

Peskov ABŞ-a niyə təşəkkür etdi?

“Bizim üçün ölüm-dirim məsələsidir...” Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri dəyərləndirib. Ukraynanın daha əvvəl də Rusiya ərazisinə hücumlar təşkil etdiyini qeyd edən Peskov, Rusiyanın Ukraynadakı hərbi obyektlərə gecə hücumları ilə cavab verdiyini bildirib.

Peskov, “Xüsusi hərbi əməliyyat zamanı əsgərlərimizin etdikləri hər şey Kiyev rəhbərliyinin terror təşkilatına çevrilmiş hərəkətlərinə cavabdır”, – deyib.

Peskov ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında müharibəni “dalaşan uşaqlar”la müqayisə etməsinə gəlincə, “Mən belə olduğunu düşünmürəm. ABŞ prezidentinin baş verənlərə öz baxışı ola bilər, amma bizim üçün bu, ölüm-dirim məsələsidir. Bu, bizim milli maraqlarımız, təhlükəsizliyimiz və gələcəyimiz məsələsidir. Bu səbəbdən Ukraynanın xüsusi hərbi əməliyyatı davam edir”.

ABŞ-ın Ukrayna böhranının həllində vasitəçilik səylərini davam etdirdiyini deyən Peskov, “Bunun üçün ABŞ-a minnətdarıq”, – deyib.

 





06.06.2025    çap et  çap et