“Ölkələrimizə və xalqlarımıza sülh və firəvanlıq ...”
Paşinyan Azərbaycan xalqını təbrik etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, Paşinyan bu barədə “X”
hesabında paylaşım edib.
“Azərbaycan Respublikası və xalqını Qurban bayramı münasibətilə
təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzu edirəm”, –
deyə paylaşımda qeyd olunub.