Vaxt.Az

“S&P 500” indeksə daxil etmədi


 

Şirkət səhmləri düşdü

“S&P 500” indeksə daxil etmədi Son rüblük yenilənmədə “S&P 500” indeksində heç bir dəyişiklik edilmədi.

Bu qərar mart 2022-dən bəri ilk dəfədir ki, rüblük yeniləmədə heç bir şirkət əlavə olunmadı və ya çıxarılmadı.

“Robinhood” ( HOOD) bu dəfə indeksə daxil olacağı gözlənilirdi, çünki son zamanlar güclü performans göstərmişdi və bazar dəyəri artmışdı. Lakin bu rübdə daxil edilmədi. Bu açıqlamadan sonra “Robinhood”un səhmləri 6 faizdən çox ucuzlaşıb.

“S&P 500” indeksinə daxil olmaq şirkətlər üçün çox arzulanan bir haldır, çünki bu, indeks izləyən fondlardan daha çox investisiya cəlb etməyə səbəb olur. “Robinhood” bazar dəyəri və gəlirlilik kimi əsas meyarlara cavab versə də, indeksə hansı şirkətlərin daxil ediləcəyinə “S&P Dow Jones” komitəsi qərar verir və bu qərar tam şəkildə onların ixtiyarındadır.

 





06.06.2025    çap et  çap et