Vaxt.Az

Alov halqasında yeni təkanlar


 

6.4 gücündə

Alov halqasında yeni təkanlar Dünyanın ən aktiv zəlzələ zonalarından biri olan “Sakit Okeanda alov halqası”nda yerləşən Çilinin Atakama bölgəsində baş verən 6,4 bal gücündə zəlzələ təlaşa səbəb olub.

ABŞ Geoloji Xidməti (USGS) 6,4 bal gücündə zəlzələnin episentrinin Atakama əyalətinin Dieqo de Almaqro qəsəbəsindən 52 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.

Zəlzələnin təxminən 76,6 kilometr yerin altında baş verdiyi bildirilib.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilməsə də, ilkin məlumatlara görə, zəlzələdə can və mal itkisi olmayıb.

Dünyanın ən yüksək seysmik aktivliyə malik ölkələrindən biri olan Çili Sakit Okean zəlzələ zonasında yerləşir və “Alov halqası” kimi də tanınır.

 





06.06.2025    çap et  çap et