Vaxt.Az

İnancını dəyişdi...


 

... Ölüm hökmü kəsdilər

İnancını dəyişdi... Sudanlı Məryam Yəhya İbrahim 8 aylıq hamilədir və xristian kişiyə ərə gedərək inancını dəyişib.

Müsəlman qadının dini dəyişməsi Sudanda cinayət hesab olunduğu üçün qadına ölüm hökmü kəsilib. Sağ qalması üçün qadın yenidən İslam dininə qayıtmalıdır.

Lakin Məryəm «Mən xristianam» deməklə ölüm hökmünü rəsmiləşdirdi. Hökm Məryəmin doğuşundan sonra həyata keçiriləcəkdir. İndi isə ilk dəfə olaraq Məryəmin toy şəkilləri sosial şəbəkələrdə yayılıb. 

Məhkəmə prosesi zamanı məhkəmə həyətində 50-ə yaxın insan «Dində azadlıq» şüarı  səsləndirib . Lakin islamçılar qələbəni qeyd edərək «Allah birdir» deyib.

 

 





16.05.2014    çap et  çap et