Vaxt.Az

“Ortaq cəhətlərimiz çoxdur”


 

Tramp ABŞ qoşunlarının Almaniyada qalmasını istəyir

“Ortaq cəhətlərimiz çoxdur” Ağ Evdəki görüşdə Prezident Donald Tramp kansler Fridrix Merz Almaniyada yerləşən ABŞ hərbçilərinin orada qalacağına inandırıb. Oval kabinetdə kansler Merzlə birlikdə mətbuatın qarşısına çıxan Tramp müxbirin ABŞ əsgərlərinin Almaniyada qalacağı ilə bağlı sualına cavab olaraq “Bəli” cavabını verib.

Merz həmçinin Trampa yaxın əməkdaşlıq təklif edib. Vaşinqtonda Ağ Evdə Trampla görüşən XDİ lideri, "Tariximizdə çoxlu ortaq cəhətlərimiz var. Amerikalılara çox şey borcluyuq. Bunu heç vaxt unutmayacağıq”, – deyib. Merz Trampın ailəsinin alman köklərinə toxunaraq, bunun “Amerika və Almaniya arasında sıx əməkdaşlıq üçün çox yaxşı əsas olduğunu”, – deyib.

Merz qonaqpərvərliyə və ABŞ hökumətinin qonaq evində gecələmək fürsətinə görə Trampa təşəkkür edib. "Bura gözəl yerdir, – Merz deyib. Kansler xatırladıb ki, o, Ağ Evə ilk dəfə 1982-ci ildə, o vaxtkı prezident Ronald Reyqan vəzifədə olarkən səfər edib.

 





06.06.2025    çap et  çap et