Vaxt.Az

ABŞ-da məşğulluq gözləntiləri


 

May ayında göstəricilər 139 min artıb

ABŞ-da məşğulluq gözləntiləri ABŞ-da əkinçilikdən kənar məşğulluq may ayında təxminləri aşdı, işsizlik nisbəti isə 4,2 faiz səviyyəsində qaldı.

ABŞ-da əkinçilikdən kənar məşğulluq məlumatları açıqlanıb. Əmək Dairəsinin məlumatlarına görə, may ayında məşğulluq 139 min artıb. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların orta hesablamaları 126 min olub. İşsizlik səviyyəsi dəyişməyərək 4,2 faiz təşkil edib.

Əvvəlki ayın məşğulluq məlumatları 177 mindən 147 minə revize edilmişdi. Mart və aprel aylarında edilən revizyonlarla iki aylıq məlumatlar mənfi 95 revize edildi.

Orta saatlıq əmək haqqı 0,4 faiz artarkən, aylıq 0,3 faiz olacağı gözlənilirdi. İllik artım isə 3,9 faiz təşkil edib.

İşçi qüvvəsində iştirak səviyyəsi 62,6 faizdən 62,4 faizə düşüb.

 





06.06.2025    çap et  çap et