Vaxt.Az

“Avropada inflyasiya ilə mübarizədə qalib gəldik”


 

AMB faiz endiriminin sonuncu olduğunu deyir

“Avropada inflyasiya ilə mübarizədə qalib gəldik” Avropa Mərkəzi Bankı (AMB) rəsmiləri səkkizinci faiz endirimindən sonra açıqlamalar verdilər.

AMB-nin üzvü Francois Villeroy de Qalhau bankın “COVİD-19” pandemiyasının sona çatmasından və Rusiyanın Ukraynaya müdaxiləsindən sonra yüksələn inflyasiyaya nəzarət edə bildiyini söyləyib.

Fransa Mərkəzi Bankının rəhbəri Villeroy televiziya kanalına müsahibəsində “Avropada inflyasiya ilə mübarizədə qalib gəldik”, – deyib.

AMB Şurasının üzvü və Estoniya Mərkəzi Bankının rəhbəri Madis Müller də faiz dərəcələrinin endirilməsi dövrünün sonuna yaxınlaşdığını bildirib.

Dünən bankın faiz dərəcələrini 25 baza bəndi endirmək qərarından sonra Estoniyada radioda Müller, “Prezident Laqard dünən faiz dərəcələrinin endirilməsi dövrünün demək olar ki, başa çatdığı mesajını verərək məsələni yekunlaşdırdı”, – deyib. Müller çoxlu qeyri-müəyyənliyin olduğunu söyləyib: “Biz bundan sonra nə olacağı ilə bağlı qəti bir şey deyə bilmərik”

AMB dünən depozit faizini 2,25 faizdən 2 faizə endirdi ki, bu da 2024-cü ilin iyun ayından bəri səkkizinci endirmədir. Faiz endirimi, rəqəmlərin may ayında illik inflyasiyanın bankın 2 faiz hədəfindən aşağı, 1,9 faiz olduğunu göstərməsindən sonra baş verib.

 





06.06.2025    çap et  çap et