ABŞ-ın e-ticarət nəhəngi “Amazon”, inqilabi bir yenilik ilə çatdırılma proseslərində dəyişikliyə hazırlaşır. Şirkət yeriyə bilən insanabənzər robotlardan istifadə edərək birbaşa qapınıza çatdıra bilən sistem üzərində işləyir. İlk sınaqlar San Fransiskoda başlayıb və gələcəkdə bu robotların küçələrdə dolaşması xəyal deyil, reallığa yaxındır.
***
“Amazon”un yeni layihəsində, insan kimi yeriyə bilən və əmrlərə cavab verən insanabənzər robotlar paketləri birbaşa müştərilərə çatdırmağı hədəfləyir. Çatdırılmaya yönəlmiş bu robotlar şirkətin əvvəllər hazırlanmış anbardaxili süni intellekt sistemlərindən faydalanır. Hazırda onlar konkret test zonasında sınaqdan keçirilir. Texnologiyanın uğur qazanacağı təqdirdə onun şəhər həyatına inteqrasiyası planlaşdırılır.
***
“Amazon” təkcə çatdırılmada deyil, həm də robotlarla anbar əməliyyatlarının aparılmasında ciddi sərmayələrə malikdir. Şirkətin “Lab126” adlı “Ar-Ge” müəssisəsində hazırlanmış insanabənzər robotlar təbii dil əmrlərini qəbul edə bilir. Şirkət bu robotların gündəlik dildə “O sarı qutunu götür” kimi təlimatları başa düşə və buna uyğun hərəkət edə bildiyini açıqladı.
***
“Amazon” bu layihə ilə insan-robot qarşılıqlı əlaqəsini müəyyən mənada təbii hala gətirməyi hədəfləyir. Çatdırılma proseslərində robotların sınaqdan keçirilməsi, gələcəkdə kuryerləri əvəz edə biləcək avtonom sistemlərin ilk addımı kimi qiymətləndirilir.
Süni intellektin gündəlik həyata təsiri günü-gündən artsa da, “görəsən, qapını döyən insandır, yoxsa robot” dövrü artıq çox da uzaq görünmür.