Vaxt.Az

Fantastik məbləğə Fransız toyları


 

100 nəfərlik ziyafətin orta qiyməti 20 000 avroya çatır

Fantastik məbləğə Fransız toyları Fransada evlilik həm azalan, həm də bahalaşan bir ənənəyə çevrilir. 2025-ci ilə qədər aparılan araşdırmaya görə, cütlüklər orta hesabla 100 nəfərlik toy üçün təxminən 20.100 Avro ayırmalıdırlar. Xüsusilə yay aylarının yaxınlaşması ilə toy mövsümü başladığı bir vaxtda təşkilatçılıq xərcləri bir çox cütlükləri qorxudur.

***

Fransa Statistika İnstitutu “Insee”nin məlumatlarına görə, nikahların sayı azalmaqda davam edir. 2000-ci ildə 305 234 olan nikahların sayı 2024-cü ildə 247 000-ə düşərkən; 2020-ci ildə bu rəqəm pandemiya səbəbindən 154 581-ə düşmüşdü. Digər tərəfdən, PACS (Pacte Civil de Solidarité – Vətəndaş Həmrəyliyi Paktı) müqavilələrinin sayı sürətlə artır. 1999-cu ildə 22.271 olan PACS sayı 2023-cü ildə 200.000-i keçib.

***

“CM Event et Coaching” agentliyinin verdiyi məlumata görə, 2025-ci ildə toya ayrılan orta büdcə 20,100 avro təşkil edib. Bu rəqəm Mariages.net toy planlaşdırma platformasının məlumatlarına əsaslanır. “Crédit Agricole” tərəfindən 2024-cü ildə nəşr olunan bir araşdırma göstərir ki, 53 nəfərlik kiçik bir toy üçün orta hesabla 7576 avro xərclənib.

Toy planlaşdırıcıları tərəfindən idarə olunan layihələrdə büdcələr daha yüksəkdir. Peşəkar planlaşdırıcılar 30.000-300.000 avro arasında dəyişən böyük büdcələrlə toyları idarə edirlər.

***

Agentliyin məlumatına görə, cütlüklərin ən çox yol verdiyi səhv toy büdcəsini yetərincə hərtərəfli planlaşdırmamaqdır. Gözlənilməz xərclər, əlavə xidmətlər və son dəqiqə dəyişiklikləri tez bir zamanda ümumi dəyəri artıra bilər. Mütəxəssislər real büdcə planı yaratmağı və həmişə “təhlükəsizlik marjası” buraxmağı tövsiyə edirlər.

 





07.06.2025    çap et  çap et