“The Wall Street Journal”a (WSJ) görə, Pentaqondakı bir bölmə Vaşinqtonun gizli UNO proqramları ilə bağlı sui-qəsd nəzəriyyələrini araşdırarkən “şokedici həqiqətlə” rastlaşıb. Bu nəzəriyyələrdən ən azı biri Pentaqonun özü tərəfindən ortaya atılıb.
***
Konqres tərəfindən tələb edilən istintaqını aparan səlahiyyətliləri 1980-ci illərə aid sənədləri araşdırıb. O zaman Hərbi Hava Qüvvələrinin polkovniki Nevada səhrasında çox məxfi ərazi olan “51-ci Sahə” yaxınlığındakı bara gedib. Orada bar sahibinə “uçan boşqablara” bənzəyən əşyaların fotolarını verib. Fotolar daha sonra çoxaldılaraq divarlara yapışdırılıb. O zaman iddia edilirdi ki, ABŞ ordusu gizli şəkildə “əldə edilmiş yerdən kənar texnologiyanı sınaqdan keçirir”.
Bununla belə, polkovnik əslində başqa bir “missiya” ilə məşğul idi – dezinformasiya. Fotoların üzərində iş aparılmışdı. Hazırda təqaüddə olan həmin polkovnik bunu 2023-cü ildə Pentaqonda təhqiqat aparan məmurlara etiraf etmişdi. Dezinformasiyanın məqsədi əslində 51-ci ərazidə nə baş verdiyini gizlətmək idi. Hərbi Hava Qüvvələri əslində burada “tam məxfi gizli qırıcı təyyarələr” hazırlayırdı. Bunun Soyuq müharibə dövründə Sovet İttifaqına qarşı üstünlük təmin edəcəyi düşünülürdü.
Ancaq hərbçilərin narahatlığı var idi. Əgər bölgədə yaşayan insanlar sınaq uçuşları görsəydilər, sözügedən proqram ifşa oluna bilərdi. “Yerdənkənar” görünən “F-117” əvəzinə, insanların bu təyyarələrin UNO olduğuna düşünməsinə şərait yaratdılar. 2023-cü ildə bu etirafı edən polkovnikin hekayəsi ilk dəfə mətbuatda əksini tapıb.
***
Keçən il Müdafiə Nazirliyi tərəfindən hazırlanan və nəşr olunan hesabatda ABŞ administrasiyasının UNO-lar və yad canlılar haqqında bilinənləri gizlətdiyi iddialarının əsassız olduğu iddia edilib. “WSJ” tərəfindən aparılan araşdırma bu hesabatın özünün də onu gizlətmək cəhdi olduğunu ortaya qoydu. Müvafiq olaraq, Pentaqonun özü bilərəkdən dezinformasiyaya təkan verib. Başqa sözlə, ABŞ hökuməti dezinformasiya ilə öz xalqını aldatmışdı.
Bu yaxınlarda bir qrup keçmiş Pentaqon rəsmisi hökumətin “yerdənkənar texnologiyadan istifadə edən proqramı olduğunu və onu amerikalılardan gizlətdiyini” iddia etdi və bu iddialar Pentaqonun araşdırmasına səbəb oldu.
İndi ortaya çıxan dəlillər ABŞ hökumətinin “UNO mifologiyasını” yaymaq səylərinin 1950-ci illərə aid olduğunu ortaya qoydu.
***
“WSJ”nin araşdırmasına görə, hərbi məmurlar “51-ci Sahə” ilə bağlı olduğu kimi real məxfi silah proqramları haqqında “tüstü pərdəsi” yaratmaq üçün saxta sənədlər yayıblar. Bəzi hallarda ABŞ rəsmiləri “milli təhlükəsizlik” maraqları naminə UFO miflərinin yayılmasına icazə veriblər. Bunun məqsədlərindən biri Sovet İttifaqının nüvə qurğuları və avadanlıqlarında həssas nöqtələri müəyyən etməsinə mane olmaq idi.
Məsələni araşdıran rəsmilər indi anlamağa çalışırlar ki, bu dezinformasiya səyləri yerli komandirlərin və məmurların işi olub, yoxsa daha mərkəzləşdirilmiş və institusional proqramın bir hissəsi olub.