“Moskva Tayms” xəbər saytının məlumatına görə, Levada Mərkəzinin keçirdiyi sorğunun nəticələri iki gün əvvəl ictimaiyyətə açıqlanıb. 2024-cü illə müqayisədə ABŞ-ı Rusiyaya düşmən ölkə kimi görənlərin faizi demək olar ki, iki dəfə azalıb. Yəni bu rəqəm keçən il yüzdə 76 idisə, bu il bu nisbət yüzdə 40-a düşüb.
Donald Trampın yenidən ABŞ prezidenti seçilməsinin iki ölkə arasında diplomatik gərginliyin azalacağına dair ümidlər gətirdiyini müşahidə edən xəbərdə ABŞ-ın bununla da son 13 ildə ilk dəfə “əsas düşmən” siyahısında birinci yerdən dördüncü yerə endiyi bildirilir.
Sorğunun nəticələrinə görə, iştirakçıların 55 faizi Almaniyanı, 49 faizi İngiltərəni, 43 faizi isə Ukraynanı ən böyük düşmən ölkə seçib.
***
Digər tərəfdən, sorğu iştirakçılarına Rusiyanın “ən yaxın dostları və müttəfiqlərinin” kim olduğu da soruşulub. Bu siyahıda 80 faizlə Belarus birinci yerdədir. Onu 64 faizlə Çin, 36 faizlə Qazaxıstan, 32 faizlə Hindistan, 30 faizlə Şimali Koreya izləyib.
Bu sualda İranı seçənlərin faizi 2024-cü ildəki 22 faizdən bu il 11 faizə düşüb.