Vaxt.Az

“Xalq danışdı”


 

Mask Trampla yaşanan gərginlikdən sonra yeni partiya yaratmaq ideyasını ortaya atıb

“Xalq danışdı” “Tesla” və “SpaceX” şirkətlərinin sahibi amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampla qarşılıqlı ittihamlardan sonra “Amerika Partiyası” adlı yeni siyasi partiya yaratmaq ideyasını ictimaiyyətlə bölüşüb.

Mask yeni siyasi partiya yaratmaq ideyasını sahibi olduğu “X” sosial media platformasında paylaşıb.

Mövzu ilə bağlı “X” vasitəsilə sorğu keçirən Mask ölkədə yeni siyasi partiyaya ehtiyac olub-olmadığını soruşub.

Mask, “ABŞ-da orta 80 faizi təmsil edən yeni bir siyasi partiya yaratmağın əsl vaxtıdırmı?”

Sorğuda iştirak edənlərin 80,4 faizi Maskın sualına “hə”, 19,6 faizi isə “yox” cavabını verib.

Sorğunun nəticələrinə toxunan Mask, “Xalq danışdı. ABŞ-da orta 80 faizi təmsil edəcək yeni bir siyasi partiyaya ehtiyac var. İnsanların düz 80 faizi razıdır. Bu, qismətdir”, – deyib.

Trampın seçki kampaniyasında vəd etdiyi vergi endirimlərini həyata keçirməyi hədəfləyən və Nümayəndələr Palatasında qəbul edilərək Senata göndərilən “Böyük gözəl qanun layihəsi” Maskın tənqid hədəfi olub, daha sonra Tramp və Mask arasında qarşılıqlı ittihamlar başlayıb.

 





07.06.2025    çap et  çap et