Bildirilib ki, qəzaya uğrayan təyyarə iribuynuzlu heyvanlara təsir edən milçəklərin yayılmasının qarşısını almaq üçün sterilizasiya əməliyyatları həyata keçirirmiş. Təyyarənin Qvatemalaya məxsus olduğu və sərhəddəki əməliyyatlar zamanı qəzaya uğradığı bildirilib.
Qəzanın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib. Qəzaya təyyarədəki texniki nasazlığın, yoxsa hava şəraiti ilə bağlı faktorun səbəb olduğu araşdırılır.