Vaxt.Az

Leysan yağış altında doğuş


 

Hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirdi

Leysan yağış altında doğuş Bugünlərdə Fransanın Lion yaxınlığındakı Riye-la-Pap şəhərində qeyri adi doğuş baş verib. Bir qadın bələdiyyəyə getmək istəyərkən qəfildən doğuş sancısı başlayıb və leysan yağışda küçədə oğlan uşağı dünyaya gətirib.

2025-ci il iyunun 4-də səhər saatlarında baş verən hadisədə qadını görən bələdiyyə işçiləri, fəhlələr və məhəllə sakinləri tez köməyə qaçıblar. Vətəndaşlar doğumu asanlaşdırmaq üçün neylon örtük, dəsmal və çətir gətirərək küçədə doğum evi mühiti yaradıblar.

Doğuşa şəhərin səhiyyə vasitəçisinin başçılıq etdiyi bəzi bələdiyyə məmurları dəstək verib. Çətin şərtlərə baxmayaraq, doğuş uğurlu keçdi.

***

Bələdiyyədən verilən açıqlamaya görə, vaxtından əvvəl olsa da, sağlam oğlan uşağı dünyaya gəlib. Tezliklə hadisə yerinə gələn yanğınsöndürənlər və təcili tibbi yardım qrupları polis motosikletlərinin müşayiəti ilə ana və körpəni Bron şəhərindəki HFME Xəstəxanasına çatdırıblar.

***

Şəhər bələdiyyəsi, doğum zamanı göstərilən ictimai həmrəyliyi yüksək qiymətləndirərək, çətin bir zamanda nümunəvi birlik nümayiş etdirildiyini deyib.

 





07.06.2025    çap et  çap et