Norveçdə qanunvericilər bələdiyyələrə “turizmdən təsirlənən ərazilərdə” gecələmələrə görə 3 faizlik vergi tətbiq etməyə imkan verəcək yeni vergini təsdiqləyiblər. Qanun yerli hökumətlərə vergiləri öz mülahizələri ilə tətbiq etməyə icazə verir. Vergi vasitəsilə toplanan vəsait həm ziyarətçilərin, həm də yerli əhalinin xeyrinə olan turizm infrastruktur layihələrinin yaxşılaşdırılmasına yönəldiləcək. Bələdiyyələrin vəsaiti xərcləməsi üçün onların imkanlarının qeyri-adekvat olduğunu sübut etməli və planlarını hökumət təsdiqləməlidir.
Norveçin ticarət və sənaye naziri Sesiliya Mirset sosial mediada bildirib ki, onun hökuməti Avropanın qalan hissəsinə uyğun turizm vergisi tətbiq etmək üçün tarixi razılaşma əldə edib.