Vaxt.Az

“Rusiya sürücülərinin xəbəri olmayıb”


 

Zelenski hörümçək toru əməliyyatını təsvir edir

“Rusiya sürücülərinin xəbəri olmayıb” Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda keçirilən Rusiya-Ukrayna sammitindən bir gün əvvəl, iyunun 1-də Rusiya aviabazalarına və bombardmançılarına edilən hücumlardan danışıb.

Sabah “ABC News”da tam olaraq yayımlanacaq “Bu həftə Corc Stefanopulosla” verilişində danışan Ukrayna prezidenti “Hörümçək toru əməliyyatı” adlı pilotsuz təyyarə hücumunda rus sürücülərin rolundan xəbərsiz olduğunu və “gizli əməliyyatın yalnız Ukrayna silahları ilə aparıldığını”, – deyib.

***

Milyarlarla dollarlıq ziyana səbəb olduğu deyilən hücum, daha əvvəl Rusiyaya gizli yolla gətirilən PUA-larla həyata keçirilib. Müvafiq olaraq, FPV tipli PUA-lar əvvəlcə xüsusi taxta bölmələri olan yük maşınlarının damlarına yerləşdirilib, daha sonra bu yük maşınları gizli şəkildə Rusiyaya keçirilərək aviabazaların yaxınlığında yerləşdirilib. Yük maşınlarının damlarını uzaqdan açaraq havaya qalxan hücum PUA-ları Rusiya təyyarələrini hədəf alıb.

“ABC News” xəbər saytının məlumatına görə, Ukrayna prezidenti Zelenski müsahibədə sözügedən yük maşınlarının sürücülərinə işarə edərək, “Onlar heç nə bilmirdilər... Sadəcə tapşırılanları yerinə yetirdilər”, – deyib.

Zelenski sürücülərin daşıdıqları mobil evlərin və digər konteynerlərin gizli şəkildə Rusiya hava limanlarına hücum edəcək və milyardlarla dollarlıq hərbi texnikaya ziyan vuracaq PUA-larla təchiz olunduğunun fərqində olmadığını bildirib.

Ukrayna prezidenti həmçinin izah edib ki, onun ölkəsinin məxfi xidmətləri hücum üçün “yalnız öz silahlarından istifadə edib” və müttəfiqlərinin arsenalındakı avadanlıqlardan istifadə etməyib. “Mən həqiqətən yalnız bizim məhsullarımızın istifadə edildiyinə və bu fərqin çox aydın şəkildə edildiyinə əmin olmaq istəyirdim”, – Zelenski deyib.

Zelenskinin şounun aparıcılarından biri olan Marta Raddatz ilə tam müsahibəsi sabah (8 iyun) “ABC News”da yayımlanacaq.

 





07.06.2025    çap et  çap et