Dünən mətbuata danışan ata Mask, Trampla oğlu arasındakı mübahisənin sona çatacağına inandığını söyləyib.
Errol Mask oğlunun ABŞ-da həbsxanada ölən milyarder pedofil Cefri Epşteynə qarşı açılan davada Trampın adının hallanması və ABŞ rəsmilərinin bu səbəbdən sənədləri ictimaiyyətə yaymaqda ləng davranması ilə bağlı iddiasını da dəyərləndirib. Errol Mask oğlunu göstərərək, “Onun nə düşündüyü barədə heç bir fikrim yoxdur”, – deyib.
***
Tramp və Mask bir-birlərinə mesaj yazarkən oğluna mesaj göndərdiyini də söyləyən Maskın “Ona mesaj göndərdim... Ona dedim ki, hər şeyi soyusun” deməsi, ABŞ prezidenti ilə oğlu arasındakı münasibətlərin yaxşılaşa biləcəyindən əmin olduğunu göstərir. Errol Maskın sözügedən mesajı İlon Maskın Tramp-Epşteyn iddialarından əvvəl və ya sonra göndərdiyi bəlli deyil. Oğlunun iddiası ilə bağlı Errol Mask, “Mən bunun axmaq bir səhv olduğunu düşünürəm”, – deyib.
Dünyanın ən nüfuzlu adamlarından birinin ABŞ prezidenti ilə niyə açıq şəkildə mübahisə edəcəyini də qiymətləndirən Errol Mask, “İnsanlar həddindən artıq stress yaşadıqda, nəticədə reaksiya verəcək bir nöqtəyə çatırlar... Ən yüksək səviyyələrdə belə insanlar ortaq dil tapmaqda çətinlik çəkirlər”, – deyib.
***
İlon Maskın Trampla davasına münasibət bildirən digər ailə üzvü isə atasına reaksiyaları və tənqidləri ilə tez-tez gündəmdə olan qızı Vivian Uilson olub. “İnstaqram” hesabında paylaşdığı və güldüyünü göründüyü videoda 21 yaşlı Uilson “Mən haqlı olduğumu sübut etməyi xoşlayıram”, – yazıb.
Elon Maskın trans qadın olan və “oyanmış ağıl virusu tərəfindən öldürüldüyünü və indi öldüyünü” iddia etdiyi qızı Uilson, atasına qarşı tənqidləri ilə tez-tez manşetlərə çıxır.