Əfqanıstanın müvəqqəti hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axund 2021-ci il avqustun 15-də hakimiyyət dəyişikliyindən sonra başqa ölkələrə qaçan əfqanları ölkələrinə qayıtmağa çağırıb.Baş nazir Qurban bayramı münasibətilə yaydığı mesajda ölkədən qaçan bütün əfqanların “evlərinə qayıtmaqda azaddırlar və heç kim onlara zərər verməyəcək”, – deyib.
Axund həmçinin bəyan edib ki, o, ölkəsinə qayıdan əfqanlara müvafiq xidmətlər və sığınacaq vermək üçün səlahiyyətli şəxslərə göstəriş verib.
ABŞ və NATO 2021-ci ildə Əfqanıstanı tərk etdikdən sonra bir çox əfqan öz ölkələrini tərk edib.
İyunun 5-də ABŞ prezidenti Donald Tramp “milli təhlükəsizliyə təhdidlər” olduğunu əsas gətirərək, Əfqanıstan da daxil olmaqla 12 ölkənin vətəndaşlarına ABŞ-a səfər etməyi qadağan edib.
çap et