Hansı cihazlar artıq dəstəklənmir?
“WhatsApp”ın yeni sistem tələblərinə görə, “iPhone 5s”, “iPhone 6” və “iPhone 6 Plus” kimi modellər artıq tətbiqdən istifadə edə bilməyəcək. Bu cihazlar ən çox “iOS 12.5.7”ni dəstəklədiyi üçün lazımi yeniləməni ala bilmir və “WhatsApp” kimi proqramları işlədə bilmir.
Digər tərəfdən, “iPhone 6s”, “iPhone 6s Plus” və “iPhone SE” (1-ci nəsil) sahibləri hələlik rahat nəfəs ala bilərlər. Bu modellər “iOS 15.x”ə yenilənə bildiyi üçün onlar “WhatsApp”dan istifadə etməyə davam edə biləcəklər. Bununla belə, bu cihazların da yenilənməsi lazımdır.
“iOS 15.1”dən aşağı olan əməliyyat sistemindən istifadə edən istifadəçilər də “WhatsApp”dan istifadəyə davam etmək üçün cihazlarını dərhal yeniləməlidirlər. İstifadəçilər smartfonları yeniləmək üçün “iPhone” parametrlərinə keçə, ən son versiyanı quraşdırmaq üçün “Proqram təminatının yenilənməsi” bölməsinə daxil ola bilərlər.