“The Hill” bildirir ki, Nümayəndələr Palatasının demokrat üzvləri Stiven Linç və Robert Qarsiya bu məsələ ilə bağlı ABŞ-ın baş prokuroru Pam Bondi və Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patelə məktub göndəriblər.
Məktubda Linç və Qarsiya Trampın adının “Epşteyn” dosyesində yer alması iddiasına dərhal aydınlıq gətirilməsini və tələb olunan məlumat və sənədlərlə birlikdə cavab verilməsini istəyib.
“Epsteyn” fayllarının dərc olunmasını tələb edən ikili, bu sənədlərin məxfilikdən çıxarılması və ictimaiyyətə açıqlanması qabiliyyətinin müəyyən edilməsində Trampın Ədliyyə Departamentinin rolu ilə bağlı suallar verib.
İkili həmçinin faylların yayılmasında iştirak edən bütün işçilərin siyahısını və Federal Sirlərin Məxfilikdən Çıxarılması üzrə İşçi Qrupa əvvəllər təqdim edilmiş sənədlərə nə üçün ciddi düzəlişlər edildiyinin izahını istəyib.
Linç və Qarsiya, "Prezidenti həqiqətdən və hesabatlılıqdan qorumaq üçün “Epşteyn” fayllarının yayılmasının qarşısını almaq üçün edilən hər hansı cəhd Konqres və Ədliyyə Departamentinin ciddi araşdırmasına layiqdir”, – dedi.
Ədliyyə Nazirliyi və FTB məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Trampın imzaladığı vergi və immiqrasiya qanun layihəsini tənqid etməsindən qaynaqlanan söz atışmasında Mask, Trampın verdiyi dəstək sayəsində 2024-cü il seçkisini qazandığını və prezidentin adının “Epşteyn” fayllarında olduğunu və bu səbəbdən faylın yayımlanmadığını iddia etmişdi.