Vens İlon Maskın sosial şəbəkədəki paylaşımlarını onun həmin andakı emosional vəziyyəti ilə əlaqələndirib və Trampla Mask arasında mübahisənin şişirdilməməsi lazım olduğunu bildirib.
“Ümid edirəm ki, İlon nəhayət qayıdacaq. Ola bilsin ki, bu, hazırda mümkün deyil, çünki o, çox sərt mövqe tutub. Baxın, bu cür vəziyyətlər hər kəsin başına gələ bilər. Son 24 saatda hirsimə İlon Maskdan daha pis hakim ola bilmədiyim bir vəziyyət yaşadım”, – deyib.
Trampın seçki kampaniyasında vəd etdiyi vergi endirimlərini həyata keçirməyi hədəfləyən və Nümayəndələr Palatası tərəfindən qəbul edilərək Senata göndərilən “Bir Böyük Gözəl Qanun layihəsi” Maskın tənqidlərinin diqqət mərkəzində olub, daha sonra Tramp və Mask arasında qarşılıqlı ittihamlar səslənib.