Vaxt.Az

«Cəmi 5-6 ölkə var ki, ...»


 

«10 il əvvəl belə işlər görülmürdü»

«Cəmi 5-6 ölkə var ki, ...» Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə «Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib.

Ziyad Səmədzadə bildirib ki, Azərbaycan son illər ərzində borcu az olan ölkələr sırasında yer tutmağa çalışır: Regionlarda aparılan iqtisadi layihələr, açılan yeni iş yerlərindən də danışan komitə sədri qeyd edib ki, Azərbaycan regionlarında qaynar həyat hökm sürür və bölgələrdə aqrar sektorun, sənayenin inkişafına yönələn proqramlar həyata keçirilib:

«Təəccüblüdür ki, 10 il bundan qabaq belə işlər görülmürdü. 114 milyon manat satınalmalar üzrə vəsaitə qənaət edilib. Bu da onu göstərir ki, şəffaflıq istiqamətində xeyli işlər görülüb. Əgər dövlət büdcəsində 1 faiz əsaslı xərclərə qənaət etsək, bu, artıq 70 milyon manat deməkdir».

Z.Səmədzadə dövlət borclarının həcminin artması ilə bağlı iradlara da cavab verdi: «Heç bir dövlət borc almadan yaşaya bilməz. Biz o borcları innovasiyalı inkişaf naminə alırıq. Borc artırsa, bununla yanaşı ÜDM-in həcmi ona nisbətdə daha çox artır. Bu gün dünyada 100-dən artıq ölkə var ki, borc içindədir. Cəmi 5-6 ölkə var ki, az borcu olan ölkələr sırasındadır. Azərbaycan da son illər ərzində çalışır ki, bu ölkələr sırasında yer tutsun».

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib. O, dövlət büdcəsi xərcləri barədə millət vəkillərinə məlumat verib.

V.Gülməmmədovun çıxışından sonra maliyyə naziri Samir Şərifov «Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikası qanununun layihəsindən danışıb.

 





16.05.2014    çap et  çap et