Vaxt.Az

“O, indi daha təhlükəlidir”


 

Kinosevərlərin Le Şiffr kimi tanıdığı Mads Mikkelsen sürpriz bir dönüş etdi

“O, indi daha təhlükəlidir” Mads Mikkelsen 19 ildən sonra yenidən 2006-cı ildə çəkilmiş “Casino Royale” filminin cani Le Şiffr obrazına qayıdıb.

59 yaşlı danimarkalı aktyor iyunun 6-da məşhur “Hitman” oyun seriyası ilə tanınan “IO Interactive” tərəfindən hazırlanan Ceyms Bond oyunu “007 First Light”da “Le Chiffre”ni canlandıracağını açıqladı.

Los Ancelesdə keçirilən “Summer Game Fest”də “IO Interactive” CEO-su Hakan Abra ilə səhnəyə çıxan Mikkelsen “Amazon MGM Studios” ilə birgə hazırlanacaq və 2026-cı ildə yayımlanacaq oyunla bağlı müjdəsini verdi.

“Le Chiffre”nin “Hitman”ın yeniləməsi ilə oyunçulara təklif olunan rejimə daxil ediləcəyi də açıqlandı. Bildirilib ki, bu rejim iyunun 6-dan iyulun 6-dək oyunçulara pulsuz təklif olunacaq.

Mikkelsen tərəfindən səsləndirilən “Le Chiffre”, itirilmiş gücünü geri qaytarmağa çalışarkən “Hitman”ın baş qəhrəmanı “Agent 47”nin hədəfi olacaq.

Məşhur aktyor tədbirdə bu sözləri deyib: “Bu obrazı çox sevirəm, mənim üçün çox şey deməkdir. Mənə yenidən Le Şiffr olmaq imkanı təklif olunanda, tərəddüd etmədim. Ancaq bu dəfə o, bir az fərqlidir: O, daha arxayındır, daha təhlükəlidir, yazı masasının arxasında gizlənən iti zehnidir. Bu dəfə zorakılığı başqalarına buraxmır”.

“Casino Royale”, həmçinin Mikkelsenin canlandırdığı cani “Le Chiffre” tərəfindən işgəncələrə məruz qalan 007-ni göstərməklə Ceyms Bond filmlərinin sərhədlərini itələdi.

Keçən il verdiyi müsahibədə “Casino Royale”də Daniel Craig ilə işləməkdən həqiqətən həzz aldığını deyən Mikkelsen, 2021-ci ildə “Ölməyə vaxt yoxdur” filmində britaniyalı aktyorun ölümünə baxmayaraq, onu yenidən rolda görəcəyinə ümid etdiyini söylədi: “Düzünü desəm, Danielin bir də, sonuncu da olmasını istərdim. Bəli. Mən onun bu işi başqa cür bitirməsini istərdim. Demək istəyirəm ki, o, Bonddur; Düşünürəm ki, o, hər şeydən qurtula bilər”.

 





08.06.2025    çap et  çap et