Vaxt.Az

“Ballerina” Disney animasiyasını keçə bilmədi


 

“Mümkün olmayan missiya – Son Hesablama” üçüncü yerə düşdü

“Ballerina” Disney animasiyasını keçə bilmədi 2002-ci ildə yayımlanan Disney animasiya filmi “Lilo & Stitch”in canlı yayım versiyası da Con Uik silsiləsinin yeni filmi keçməyi bacardı.

Mədəniyyət və incəsənət xəbər saytı “Deadline” tərəfindən əldə edilən rəqəmlərə görə, Ana de Armasın baş rolda oynadığı “Ballerina”, 3400-dən çox teatrda açıldığı Şimali Amerikada həftəsonunu 26-30 milyon dollarla bağlayacaq.

Üçüncü həftəsonuna 4185 kinoteatrda girən “Lilo & Stitch” filminin 32-34 milyon dollarlıq kassa gəlirinə çatacağı gözlənilir.

Tom Kruzun “Mümkün olmayan missiya” silsiləsinin son filmi olduğu düşünülən  “Son Hesablama”, iki həftəsonundan sonra ikinci yeri tutduqdan sonra bu həftə üçüncü yerə düşdü. Təxminən 3500 kinoteatrda 14 milyon dollara yaxın gəlir əldə edəcəyi gözlənilir.

Balerinanın gözləntiləri qarşılamasa da aşağı gəlir əldə etmədiyi şərh edilir.

Baxmayaraq ki, filmin istehsalına 90 milyon dollara başa gələn filmin reklamına isə 45 milyon dollar xərclənib.

“Con Uik” silsiləsinin üçüncü və dördüncü filmləri arasında baş verən “Balerina” filmi Ruska Roma təşkilatının ənənəsi ilə yetişdirilən və atasının ölümündən sonra qisas almaq istəyən qatil Eve Macarrodan bəhs edir.

Kianu Rivs bu dəfə ikinci plandadır. Yan Makşeyn, Anjelica Hyuston və Lans Reddik əvvəllər Con Uik serialında canlandırdıqları personajlar kimi yenidən tamaşaçıların qarşısına çıxırlar.

Qabriel Birn, Katalina Sandino Moreno və Norman Ridus aktyor heyətinin digər görkəmli adlarıdır.

 





08.06.2025    çap et  çap et