AzVision.az xəbər verir ki, nazir çıxışı zamanı bildirib ki, 2013-cü ilin dövlət büdcəsi uğurla icra olunub.
Onun
sözlərinə görə, «2013-cü ildə Beynəlxalq Valyuta Fondunun hesablamalarına
əsasən dünya iqtisadiyyatı 3 faiz artıb:
«Azərbaycan
Respublikasının ixrac etdiyi «Azəri Layt» xam neftinin 1 barelinin orta satış
qiyməti isə 111,2 ABŞ dolları təşkil edib. 2013-cü ildə dünyanın ticarət
dövriyyəsinin artım sürəti 2012-ci ilin göstəricisi ilə eyni səviyyədə, yəni
2,7 faiz olub ki, bu da böhrandan sonra ticarət münasibətlərinin sabitləşməsini
özündə əks etdirir. 2013-cü ildə ölkənin əsas makroiqtisadi göstəricisi olan
ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 5,8 faiz real artaraq
57,7 mlrd. manata çatıb. ÜDM-in 32,6 mlrd. Manatı qeyri-neft sektorunda, 25,1
mlrd. manatı isə neft sektorunda formalaşıb».
Nazir
həmçinin vurğulayıb ki, 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda
inkişaf daha da yüksək sürətə malik olmaqla, bu sektorda əlavə dəyərin 10,0
faizlik artımı təmin edilib, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ilə nisbətən 3,1
faiz artaraq 56,6 faizədək yüksəlib.
Nazir
qeyd edib ki, müvafiq olaraq ÜDM-in 43,4 faizi neft-qaz istehsalı və emalı
sahələrinin payına düşməklə, əvvəlki ilə nisbətən real artım sürəti 1,0 faiz
çox olub». 2013-cü il ərzində sənaye sahəsində 26,7 mlrd. manat, yaxud ÜDM-in
46,3 faizi həcmində, tikinti sahəsində 6,8 mlrd. manat (müvafiq olaraq 11,8
faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 3,1 mlrd.
manat (müvafiq olaraq 5,3 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,8 mlrd.
manat (müvafiq olaraq 4,8 faiz), informasiya və rabitə xidmətləri sahəsində 1
mlrd. manat (müvafiq olaraq 1,8 faiz), ticarət və nəqliyyat vasitələrinin
təmiri üzrə xidmətlər sahəsində 4,1 mlrd. manat (müvafiq olaraq 7,1 faiz),
turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 mlrd.
manat (müvafiq olaraq 1,8 faiz), sosial və digər xidmətlər sahəsində isə 8,5
mlrd. manat (müvafiq olaraq 14,7 faiz) həcmində əlavə dəyər yaranıb. Məhsula və
idxala görə xalis vergilər ÜDM-in 6,4 faizinə bərabər olub. ÜDM-in əhalinin hər
nəfərinə düşən həcmi 2012-ci illə müqayisədə 4,4 faiz artaraq 6207,3 manat və
yaxud 7912,5 ABŞ dolları təşkil edib. Hesabat ili ərzində ölkənin valyuta
ehtiyatları 9 faiz artaraq 50 mlrd. ABŞ dollarını ötüb ki, bu da dövlətin
xarici borcundan təqribən 9 dəfə çoxdur. 2013-cü ilin yekunlarına görə ölkə
əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 mlrd. manata
çatıb, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi isə orta hesabla 4039,6
manat olub.
Əhalinin
hər nəfərinə düşən gəlirlər əvvəlki illə müqayisədə 6,6 faiz artaraq istehlak
qiymətləri indeksini (inflyasiyanı) 4,2 faiz üstələyib. Gəlirlərin 64,3 faizi
son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 25,6
faizi isə əmanətlərin və kapitalın artırılmasına, 1,8 faizi kreditlər üzrə
faizlərin ödənilməsinə yönəldilmişdir. Əhalinin sərəncamında qalan gəlir 34,5
mlrd. manat təşkil edərək əvvəlki ilə nisbətən 8 faiz artıb. 2013-cü ildə ölkə
üzrə orta aylıq əməkhaqqı 423 manat təşkil edib ki, bu da əvvəlki illə
müqayisədə 6,2 faiz çoxdur. 2013-cü ildə əsas kapitala yönəldilən vəsaitlər
15,1 faiz artaraq 17,9 mlrd. manat olub, onun 66,3 faizi və yaxud 11,9 mlrd. manatı
tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Maliyyə
mənbələri üzrə əsas kapitala yönəldilən vəsaitin 44,8 faizini müəssisə və
təşkilatların vəsaitləri, 43,8 faizini dövlət büdcəsinin vəsaitləri, 4,8
faizini bank kreditləri, 3,2 faizini büdcədənkənar dövlət fondlarının
vəsaitləri, 2,6 faizini əhalinin şəxsi vəsaiti, 0,8 faizini təşkil edib. Dövlət
Gömrük Komitəsinin məlumatlarına əsasən 2013-cü ildə ölkə üzrə xarici ticarət
əməliyyatlarının həcmi 34,7 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən 6,3 faiz
çox), o cümlədən idxal əməliyyatları 10,7 mlrd. ABŞ dolları (2012-ci ilə
nisbətən 9,1 faiz çox), ixrac əməliyyatları isə 24 mlrd. ABŞ dolları (2012-ci
ilə nisbətən 5,1 faiz çox) səviyyəsində olub.
Nazirin çıxışı davam edir.