Vaxt.Az

“Risk etmək lazım deyil”


 

Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na düşüb

“Risk etmək lazım deyil” Usta aktyor Tom Kruz yeni filmi üçün oynadığı təhlükəli səhnə ilə adını Ginnesin Rekordlar Kitabına yazdırıb.

62 yaşlı Hollivud ulduzu “Mission Impossible – The Final Reckoning” (“Mümkün olmayan missiya – Son hesablaşma”) filminin çəkilişləri zamanı eyni səhnəni 16 dəfə çəkərək “yanan paraşütlə ən çox tullanan şəxs” adını qazanıb. Bu rekord Kruzun qətiyyətini və cəsarətini bir daha nümayiş etdirib.

***

Kruiz çəkiliş zamanı hər dəfə paraşütlə tullananda paraşütün alışdığı anlar yaşayıb. Paraşüt 16 atlamanın hər birində yanaraq Ginnesin rekordunu qırdı. Filmin istehsal şirkəti “Paramount Pictures” bu təhlükəli anların görüntülərini sosial şəbəkədə paylaşıb.

Usta aktyor paraşütlə tullanmadan əvvəl bunları deyib: “Əgər paraşüt yanarkən əyilirsə, fırlanmağa və yanmağa başlayacağam. Mən əyilmədən xilas olmalıyam və sonra 10 saniyə ərzində paraşüt alovlanmalıdır. Çox diqqətli olacam. Risk etmək lazım deyil. Təbii ki, risk etmirik”.

Kruzun açıqlaması səhnələrin nə qədər təhlükəli olduğunu ortaya qoydu.

“Mümkün olmayan missiya – Son hesablaşma”, Kruzun əfsanəvi İthan Hant personajına sonuncu dəfə həyat verdiyi istehsal kimi diqqəti cəlb edir. Film hələ də kinoteatrlardadır.

200 milyon dollarlıq nəhəng büdcəsi ilə diqqət çəkən film 360 milyon dollarlıq qlobal kassa uğuru əldə edib. “Mümkün olmayan missiya” silsiləsində ən yüksək açılış gəlirini əldə edən film, filmlər arasında ən böyük istehsallarından biri olub.

 





08.06.2025    çap et  çap et