Böyük Britaniyanın “The Guardian” qəzeti “Kanada ABŞ-ın 51-ci ştatı olmayacaq, amma AB-yə daxil ola bilərmi?” başlıqlı xəbər dərc edib.
Azad Seçicilər Partiyasına (FW) bağlı olan siyasətçi ömründə Kanadaya ayaq basmadığını deyir. Bununla belə, o, hələ də ABŞ-ın şimal qonşusunun birliyə qoşulması kampaniyasına rəhbərlik edir.
ABŞ-ın yeni prezidentinin yürütdüyü siyasətlərə toxunan Yoaxim Strit, “Donald Trampın hərəkətləri nəticəsində kanadalıların ABŞ-a olan inamı bizimki kimi sarsıldı. Dostlarımızla əlaqələrimizi gücləndirməliyik”, – deyib.
Keçən ay başlatdığı kampaniya ilə Kanadanın AB-yə tamhüquqlu üzv olması lazım olduğunu bildirən Strit, “Onlar güclü üzv olacaqlar. Onlar ümumi milli məhsulun həcminə görə 4-cü yerdə olacaqlar. Onlar NATO-nun üzvü olacaqlar. Əmək qabiliyyətli kanadalıların 58 faizi universitet məzunlarıdır”, – deyib.
60 yaşlı siyasətçi iddia edir ki, Kanada da enerji resursları ilə Avropanın Rusiyaya qarşı mövqeyini gücləndirəcək.
Yanvarın sonunda Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel də Kanadanın AB-yə dəvət edilməsini təklif edib.
Okeanın hər iki sahilində aparılan sorğular göstərir ki, hər iki tərəf bu məsələyə müsbət yanaşır.
Fevral ayında 1500 kanadalı ilə keçirilən sorğuda 44 faizin AB-yə üzvlüyün tərəfdarı olduğu məlum olub.
Bununla belə, AB Komissiyasının sözçüsü Paula Pinho, bu sorğular onlara hörmətlə yanaşsa da, mart ayında AB Müqaviləsində yalnız Avropa ölkələrinin birliyə qoşulması barədə maddəni xatırlatdı.
Strit hesab edir ki, bu maneələri dəf etmək olar. O, Fransanın dəniz kənarındakı ərazilərinin AB-nin bir hissəsi hesab edildiyini xatırladır.
O, həmçinin əlavə edir ki, Kanada Danimarka hakimiyyəti altında olan Qrenlandiya vasitəsilə AB ilə həmsərhəddir.
Kampaniyaya başladığı gündən bəri kanadalılarla davamlı təmasda olduğunu bildirən Streit, çoxlu dəstək mesajları aldığını bildirir.
Strit izah edir ki, aldığı elektron məktublardan birində “Britaniya Birliyinin üzvü olan Kanada Birləşmiş Krallıqla əlaqələri sayəsində Avropa ərazisi hesab edilməlidir”, – arqumenti var. Kanadanın simvolik dövlət başçısı III Çarlzın avropalı olduğunu xatırladan o, istəsə, ölkənin AB-yə daxil edilə biləcəyini iddia edir.