“Bu, miqrant və köçkünlük nəticəsində parçalanmış ailələrin və uşaqların taleyindən gedir. Ailə birləşməsi uşaqların ən yaxın qohumları ilə təhlükəsiz şəraitdə böyüməsi üçün bir neçə mümkün və qanuni yollardan biridir və indi bunun qarşısı alınır”.
Federal Nazirlər Kabineti ötən həftə qaçqınlar üçün ailə birləşməsinə icazə verməyən qanun layihəsini qəbul etdi. Bunlar Cenevrə Qaçqınlar Konvensiyasına uyğun olaraq qaçqın olmayan və ya Konstitusiyaya əsasən sığınacaq hüququ olmayan, lakin mənşə ölkələrində, məsələn, vətəndaş müharibəsi səbəbindən təhlükə altında olduqları üçün müdafiə hüququ olan insanlardır. Almaniyada yeni tənzimləmədən təsirlənənlərin əksəriyyəti Suriyadandır. Qanun layihəsi daha sonra Bundestaqda müzakirə olunacaq.
İndiyədək onlara hər ay 1000-ə qədər yaxın ailə üzvü – həyat yoldaşları, nikahda olmayan azyaşlı uşaqları və azyaşlı uşaqların valideynləri qoşula bilərdi. Ailənin birləşməsinin dayandırılması CDU/CSU və SPD koalisiyası danışıqlarının tələbi idi. Amma SPD daxilində də buna qarşı müqavimət var. Yaşıllar və Sol Partiyası bu planları rədd edir, xristian kilsələri də onları tənqid edir.