Vaxt.Az

“Biz münaqişəyə hazırıq”


 

Merzin Trampla görüşdə dediyi sözlər Rusiyanı qəzəbləndirdi

“Biz münaqişəyə hazırıq” Kansler Merz Ağ Evdə görüşü zamanı ABŞ prezidenti Trampa nasist Almaniyası üzərində qələbəyə görə təşəkkür edib. Bu, Rusiyada tənqidlə qarşılandı. Hətta Moskva ilə Berlin arasında münaqişə yarana biləcəyi barədə xəbərdarlıqlar da edilib.

Rusiya parlamentinin rəhbəri Vyaçeslav Volodin Bundestaqa göndərdiyi mesajda iki ölkə arasında vəziyyətin gərginləşməsinə qarşı xəbərdarlıq edib. Volodin video şəklində də yayılan mesajında ​​”İndiki Almaniya hakim elitası vəziyyətin daha da pisləşməsi və ölkələrimiz arasında qarşıdurmaların qızışması üçün lazımi şərait yaradır. Əsl sual, alman xalqının qarşıdurma istəyib-istəməməsidir. Biz bunu istəmirik. Amma bu məsələyə gəlincə, biz buna hazırıq”, – deyib.

Dövlət Duması sədrinin tənqidinin konkret səbəbi kansler Fridrix Merzin son açıqlamalarıdır: “Biz bilirik ki, Almaniya hökuməti Ukraynada raket istehsalı qurmağı planlaşdırır. Bu o deməkdir ki, Almaniya getdikcə daha çox Rusiyaya qarşı hərbi əməliyyatlara cəlb olunacaq”, – deyən Volodin, İkinci Dünya Müharibəsinə toxunaraq, “Bunun hara aparacağını başa düşürsünüz”, – deyib.

Volodin Mersi bu həftə ABŞ prezidenti Donald Trampla görüşü zamanı ABŞ-ı şərəfləndirərkən Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəyə verdiyi böyük töhfəni xatırlamamaqda günahlandırıb. “Faşizmi məğlub edən və planeti qəhvəyi vəbadan xilas edən Sovet İttifaqı oldu”, – dumanın sədri deyib.

 





09.06.2025    çap et  çap et