İngiltərənin “The Guardian” və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Asharq” qəzetinin xəbərinə görə, Ər-Riyadın həmsədrliyi ilə keçiriləcək konfransda Fələstinin tanınması şərtləri müzakirə olunacaq və yol xəritəsi müəyyən ediləcək.
Fransa prezidenti Emmanuel Makron da keçən həftə Fələstin dövlətinin tanınmasının “mənəvi məsuliyyət” olduğunu və bu addımın Nyu-Yorkdakı konfransda atılacağına dair gözləntilərin olduğunu söyləmişdi. Ancaq Fələstinin tanınmasının müəyyən şərtlərə tabe olacağı və fransız diplomatların israilli həmkarları ilə görüşərək konfransın Fələstini tanımaq üçün zirvə toplantısına çevrilməyəcəyinə dair təminat verdiyi iddia edilir.
***
İddialara görə, Fransa, İngiltərə və Kanadanın Fələstin Muxtariyyətini tanıması, mərkəzi Ramallahda yerləşən muxtariyyətinin seçkilərə getməsi, parlamenti yeniləməsi və siyasi islahatlar həyata keçirməsi gözlənilir. Həmas-ın idarəçiliyi seçilmiş Fələstin hökumətinə təhvil verməsi və bölgənin tərksilah edilməsi də ilkin şərtlər arasındadır.
Fransa Milli Terrorla Mübarizə Prokurorluğu (Pnat) 2024-cü ilin yanvar-may ayları arasında İsrailin hücumlarını davam etdirdiyi Qəzzaya humanitar yardımların daxil olmasına mane olmağa çalışan Fransa vətəndaşları haqqında istintaq başlatdı. İstintaq çərçivəsində “İsrail əbədidir” və “Tzav-9” dərnəkləri Qəzzaya yardımların girməsinə icazə verməyən və yardımların qarşısını almaqda ittiham olunan fransız vətəndaşları mühakimə etdi. Keçən il “Tzav-9” assosiasiyası yardım maşınlarının Qəzzaya daxil olmasına mane olduğu üçün Avropa Birliyi və ABŞ-ın sanksiya siyahısına salınmışdı.